Fransada yeni hökumət quruldu

DÜNYA 13 oktyabr 2025, 09:15
Fransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri vəzifəsini əvvəllər olduğu kimi Jan-Noel Barro icra edəcək. Silahlı qüvvələr naziri keçmiş Əmək və Səhiyyə naziri Katrin Votren olacaq.

Paris polisinin prefekti Loran Nunyes daxili işlər naziri vəzifəsinə təyin edilib. Həmçinin iqtisadiyyat və maliyyə naziri, sənaye və rəqəmsal suverenlik nazirləri, eləcə də ədliyyə naziri öz vəzifələrini olduğu kimi saxlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 09:15
Top