“Müharibə başa çatıb”

DÜNYA 13 oktyabr 2025, 13:09
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS hərəkatı arasında müharibənin başa çatdığını bildirib.

Demokrat.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə Knessetdə (İsrail parlamenti – red.) jurnalistlərə açıqlamasında danışıb. 

O, həmçinin HƏMAS-ın Qəzzada münaqişənin nizamlanması planı çərçivəsində hərəkatın təksilah olunmasına razılaşacağına əminliyini ifadə edib.

Xatırladaq ki, D.Tramp bu gün İsrailə səfər edib. O, Knessetdə çıxış etdikdən sonra Misirə yollanacaq və orada Sülh sammitində iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 14:12
13 oktyabr 2025, 13:09
Top