"Türk Dövlətləri Təşkilatı, rəsmi olaraq 2009-cu il 3 oktyabr tarixində qurulsa da, onun əsası 1990-cı illərin əvvəllərində, Türk dövlətlərinin müstəqilliyinin bərpasından sonra başlamış əməkdaşlıqdan götürülür. Bu dövrdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni əlaqələr qurulmuşdur".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, 12-ci Zirvə Toplantısında qəbul edilən qərarlar, xüsusilə təlimlərdən başlayaraq siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq və kommunikasiya sahələrində işlərin inkişaf etdirilməsi istiqamətində addımlar atıb:
"Bu da Türk dövlətləri təşkilatına və üzv dövlətlərə əlavə güc qazandırır. Əməkdaşlığın perspektivlərinə baxdıqda, təşkilatın yerləşdiyi coğrafi mövqe, siyasi və iqtisadi imkanlar nəzərə alınmaqla, gələcəkdə Avropa İttifaqı və Asiya ölkələri kimi daha güclü və dinamik bir quruma çevrilmək potensialı böyükdür".
Ekspert bildirib ki, ən önəmlisi, üzv dövlətlərin bu təşkilatın inkişafına olan marağı və xalqların dəstəyi, onun qurumsal kimliyini möhkəmləndirir:
"Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Macarıstan kimi ölkələr, üçlü və ikili ittifaqlar vasitəsilə təşkilatın fəaliyyətini daha da genişləndirə bilərlər".
Əfsanə Kamal
Demokrat.az