“Azərbaycanda mopedlər ilə bağlı hazırlanan qanun layihəsi mövcud zərurətdən doğmuşdur. Son dövrlərdə, təəssüf ki, xüsusilə bu tip nəqliyyat vasitələri ilə baş verən qəzalarda artım müşahidə olunur”.
Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.
Ekspert əlavə edib ki, bu qəzalar bəzən insanların həlak olmasına və ya ağır yaralanmasına səbəb olur:
“Bunun qarşısını almaq üçün artıq müəyyən hüquqi mexanizmlərin tətbiqi, qaydaların sərtləşdirilməsi və məhdudiyyətlərin qoyulması vaxtı çatıb. İstər sərnişin, istər yükdaşıma, istərsə də fərdi istifadə məqsədilə istifadə olunan bu nəqliyyat vasitələrinin yol hərəkətinə inteqrasiyası təhlükəsizlik baxımından tənzimlənməlidir. Bütün yol hərəkəti iştirakçıları - piyadalar, velosiped sürənlər, moped və motosiklet istifadəçiləri, avtomobil və yük maşını sürücüləri öz hüquq və vəzifələrini, eyni zamanda yol hərəkəti qaydalarını bilməli və onlara riayət etməlidirlər. Təəssüf ki, bu gün küçələrdə tez-tez mikromobillik vasitələrinin qaydalara zidd hərəkət etdiyini, əks yolla hərəkət etdiyini və təhlükəli vəziyyətlər yaratdığını görürük. Bu nəqliyyat vasitələrinin sürətlə yayılması isə vəziyyəti daha da ağırlaşdırır. Qanun layihəsi çərçivəsində bu vasitələrin idarəsi üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bu, bəli, bəzi istifadəçilər üçün çətinlik yarada bilər. Lakin qanunlara uyğun hərəkət etmək, qaydaları öyrənmək və vəsiqə almaq nəticə etibarilə baş verə biləcək. Bu qəzalara qarşı effektiv tədbir olacaq”.
Leyla Turan
Demokrat.az