“Büdcə gəlirlərində azalma olsa, il sonunda qiymət artımları ilə bağlı qərarlar ola bilər”.
Bunu Demokrat.az-a “REAL” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu haqda hazırda dəqiq fikir bildirmək çətindir:
“İctimai nəqliyyatda gediş haqqı ilə bağlı qərarları hökümət verir. Benzinin qiyməti ilə bağlı qərarı da hökümət verir, amma çörək bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq tənzimlənir. Ona görə də bu haqda indidən danışmaq çətindir. İlin sonunda hökümət tərəfindən hansı addımların atılacağı büdcə qəbulundan sonra məlum olacaq. Büdcə gəlirlərində azalma müşahidə olunursa, bu azalmanı müəyyən dərəcədə kompensasiya etmək üçün yanacaqda, nəqliyyatda qiymət artımı ola bilər. Noyabr-dekabr aylarında büdcə müzakirələri zamanı bu məsələ ilə bağlı fikir bildirmək mümkün olacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az