"Yaxın gələcəkdə gediş haqqında müəyyən qədər artım ola bilər" — AÇIQLAMA

GÜNDƏM 28 avqust 2025, 18:34
“İnsanlar həm avtobuslarda, həm də metroda gedişin bahalaşıb-bahalaşmayacağını öyrənmək istəyirlər. Qiymət artımı iqtisadi baxımdan müəyyən dərəcədə qaçılmazdır. Çünki avtobus və metro xərcləri getdikcə artır”. 

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, yanacaq, texniki xidmət və digər xərclər bahalaşıb:

“Hazırkı tariflər uzun müddətdir dəyişməyib. Bu səbəbdən nəqliyyat xərclərinin ödənməsi üçün hökumət əlavə subsidiyalar ayırır. Eyni zamanda, qiymət artımının sosial təsirləri də var. Gedişhaqqının bahalaşması gündəlik sərnişinlər üçün əlavə yük yarada bilər. Xüsusilə tələbələr və aşağı gəlirli ailələr üçün bu vacib məsələdir. Qiymət artımı tədricən olmalıdır və ya bəzi qruplar üçün güzəştlər nəzərə alınmalıdır. Yaxın gələcəkdə gedişhaqqında müəyyən qədər artım ola bilər. Amma artımın həcmi və tempi həm iqtisadi, həm sosial, həm də inzibati faktorlarla müəyyənləşdiriləcək. Hökumət və müvafiq qurumlar bunun üzərində çalışır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top