Paşinyan bu kəndi Azərbaycandan almaq istəyir? — DETALLAR

GÜNDƏM 28 avqust 2025, 19:40
Ermənistan baş naziri Nikol Paşinyan Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin də onlara məxsus olduğunu iddia edib:

"Bizim Artsvaşenlə (Başkənd) bağlı mövqeyimiz qalmaqdadır. Praqa razılaşmasına əsasən, biz institusionallaşma yolu ilə gedirik və bu yolu davam etdirəcəyik".

Bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Paşinyanın səsləndirdiyi fikirlər Ermənistanın daxili auditoriyasına hesablanmış fikirlərdir:



“Faktiki olaraq, Gədəbəy ərazisi olan Başkənd sovet dövründə Ermənistana verilmişdi. Ermənistanın işğala başladığı dövrdə həmin kənd erməni terrorizminin əsas yuvalarından birinə çevrilmişdi. 1992-ci ilin avqustunda həmin kənd terrorçulardan təmizləndi. Əlbəttə ki, bu tipli iddialar Ermənistan tərəfindən səsləndiriləcək və bunlar yeni iddialar deyil.Bu məsələlər ikitərəfli delimitasiya və demarkasiya komissiyasının müzakirələri ilə öz həllini tapacaq. Burada müxtəlif variantlar mövcuddur. Bu baxımdan, bu tipli məsələlər ani qərarlarla deyil, komissiyanın müzakirələri və onların qərarlarına bağlı olacaq.Bununla yanaşı, Azərbaycanın 4 kəndi Ermənistanın işğalı altındadır. Azərbaycanın əsas tələblərindən biri həmin kəndlərin qaytarılmasıdır. Razılaşmaya görə, bu məsələ də komissiyanın aparacağı iş çərçivəsində həll ediləcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top