""Qarabağ"ın bu uğuru bu günün işi deyil. Bu, uzun illər ərzində aparılan sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Qarabağ futbol klubu Azərbaycan futbolunun ən peşəkar komandalarından biridir. Burada bütün işlər yüksək peşəkarlıqla qurulub. Kim hansı vəzifədə olursa-olsun, heç kim başqasının işinə qarışmır. Bu yanaşma nəticəsində kollektiv ruhu, komanda birliyi formalaşıb və hər kəs qələbəyə doğru addımlayır".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib.
"Nəticələr həmişə müsbət olmayıb. Qarabağ illər ərzində həm böyük məğlubiyyətlər yaşayıb, həm də çətin durumlarla üzləşib. Amma onlar buraxdıqları səhvlərdən dərs çıxarıb, təkrarlamayıb və hər dəfə öz üzərlərində işləyərək irəli gediblər. Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək isə doğrudan da böyük uğurdur.
O bildirib ki, Azərbaycan futbolunun ümumi səviyyəsi hələ də kifayət qədər aşağıdır:
"Qarabağ"dan başqa heç bir klubumuz Avropa səviyyəsinə yaxınlaşa bilməyib. Futbolumuzda infrastrukturdan tutmuş uşaq futboluna, kadr çatışmazlığından təşkilati məsələlərə qədər saysız-hesabsız problemlər var. Belə bir şəraitdə "Qarabağ"ın nəhənglər liqasına vəsiqə qazanması fantastik nəticədir.Qarabağ hər zaman olduğu kimi bu dəfə də bizə böyük futbol bayramı yaşadır. Qarşıdakı 3–4 ay ərzində Avropanın ən güclü klublarının iştirak etdiyi möhtəşəm bir futbol bayramının bir hissəsi olacağıq. Buna görə "Qarabağ"a böyük təşəkkür düşür".
Əfsanə Kamal
Demokrat.az