Avtobusda tutacaqlar ləğv edildi — Sərnişinlər NARAZIDIR

SOSİAL 28 avqust 2025, 18:29
"Avtobuslarda tutacaqların ləğv edilməsi yolverilməz haldır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, ictimai nəqliyyatda marşruta buraxılan avtobusların müəyyən standartları var:

"Həmin avtobuslar bir nəqliyyat vasitəsi kimi bu tələblərə cavab verməli, daşıyıcı şirkət isə üzərinə götürdüyü öhdəliyi – sərnişinlərin təhlükəsiz və keyfiyyətli daşınmasını təmin etməlidir".

Ekspert bildirib ki, əgər belə hallar baş verirsə və sərnişinlərin rahatlığına, təhlükəsizliyinə və daşınmanın keyfiyyətinə mənfi təsir göstərirsə, həmin daşıyıcı şirkətlə bağlı müvafiq qurumlar tərəfindən ölçü götürülə bilər.

Qeyd edək ki, Bakıda 125 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda tutacaqların ləğv edilməsi, sərnişinlərin narazılığına səbəb olub.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top