Həkimlərdən erkən yaşda doğuşla bağlı XƏBƏRDARLIQ

GÜNDƏM 28 avqust 2025, 18:12
2024-cü ildə 16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı 63 olub. Bu, "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Bu barədə ginekoloq Sevinc Səlimova Demokrat.az-a açıqlamasında bildirib ki, erkən yaşda hamiləliklər həm tibbi, həm də sosial baxımdan çox ciddi problemdir:

“16 yaşdan kiçik qızların ana olması ilk növbədə onların sağlamlığı üçün təhlükəlidir. Çünki bu yaşda orqanizm hələ tam formalaşmır və hamiləliyi daşımaq çox ağır olur. Erkən yaşda ana olan qızların psixoloji baxımdan hazır olmaması da ciddi bir problemdir. Onlar həm körpəyə baxmaqda çətinlik çəkirlər, həm də özlərinin uşaq olduqlarını unudurlar. Bu hallar təsadüfi baş vermir. Əsas səbəblərdən biri erkən nikahdır. Təəssüf ki, bəzi bölgələrdə ailələr hələ də qızlarını çox gənc yaşda ərə verirlər. Digər səbəb maarifləndirmə çatışmazlığıdır. Erkən yaşda hamiləlik təkcə tibbi problem deyil, həm də sosial problemdir. Bu, qızların təhsilini yarımçıq qoymasına, gələcəkdə iş və karyera imkanlarını itirməsinə səbəb olur. Bu rəqəmlər göstərir ki, problemin qarşısını almaq üçün daha ciddi tədbirlər görülməlidir. Məktəblərdə maarifləndirmə işləri gücləndirilməli, valideynlər məsuliyyətli olmalı, erkən nikahların qarşısı qətiyyətlə alınmalıdır”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top