"Sülh müqaviləsinin imzalanmasının qarşısında yalnız bir əngəl qalıb ki..." — Politoloq

GÜNDƏM 28 avqust 2025, 18:42
Paşinyanın 9 noyabr bəyanatının qüvvədən düşməsi ilə bağlı səsləndirdiyi fikirlər böyük ölçüdə həqiqətdir. Nəzərə almaq lazımdır ki, , 5 il öncə imzalanmış bu sənədin yerinə yetirilməsində müəyyən problemlər var idi və onun bir çox müddəaları yerinə yetirilmirdi. Xüsusilə də bu bəyanatın 4-cü bəndi olan, vaxtilə Rusiya hərbçilərinin sülhməramlı kimi bölgəyə yerləşməsi və onların üzərinə düşən vəzifələri yerinə yetirməməsi Azərbaycan cəmiyyətində ciddi suallar yaradırdı". 

Bu sözləri Demokrat.az-a açıqlamaqsında politoloq Oqtay Qasımov deyib. 

O bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər hələ də həllini tapmayıb:

"Hazırda tərəflər sülh müqaviləsinin mətnini razılaşdırıblar. Vaşinqtonda birgə memorandum imzalanıb, çərçivə sənədi imzalanıb və tərəflər böyük ölçüdə mövqelərini xeyli yaxınlaşdırıblar. Sülh müqaviləsinin imzalanmasının qarşısında yalnız bir əngəl qalıb ki, bu, Ermənistan konstitusiyasının dəyişməsi məsələsidir. 8 avqustda Vaşinqton görüşündə də Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq prinsipial razılıq əldə olunub. O baxımdan, 9 noyabr sazışı artıq qüvvədən düşmüş hesab oluna bilər. Nəzərə alsaq ki, həm Azərbaycan, həm də Ermənistan bu sazişin qüvvədən düşdüyünü bildirirlər, ona görə də artıq o, öz hüquqi qüvvəsini itirmiş sayılır".

Qeyd edək ki, Paşinyan brifinq zamanı 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top