"Bəzi universitetlərdə rektorun olmamasının təhsilin keyfiyyətinə təsir etməsi yanaşması ilə razı deyiləm".
Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.
Ekspert bildirib ki, rektor vəzifəsi boş qalsa belə, rektor səlahiyyətlərini icra edən şəxslər mövcuddur və onlar da Nazirin əmri ilə təsdiqləniblər:
"Bu şəxslər birbaşa rektor funksiyalarını daşıyır və elektron imza səlahiyyətlərinə malikdirlər. Buna görə də, mən düşünmürəm ki, bu vəziyyət universitetin fəaliyyət keyfiyyətinə hər hansı mənfi təsir göstərəcək.
Başqa sözlə, narahat olmağa əsas yoxdur".
Qeyd edək ki, yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalmasına baxmayaraq, bəzi universitetlərdə hələ də rektorun təyin olunmaması müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az