“Düşünürəm ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da nəqliyyatda tələbələrlə bağlı müəyyən güzəştlər nəzərdə tutula bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, təkcə Gürcüstanda, Türkiyədə deyil, dünyanın hər yerində bu cür güzəştlər var:

“Söhbət aylıq, illik gediş haqqı sistemindən gedir. Hesab edirəm ki, tələbələrə də müəyyən güzəştlər edilməsinə baxa bilərik. Baxın, bir ailədə 2-3 tələbə varsa, bunlar həm təhsil haqqı verirlər, yataqxanaya pul verirlər, yeməyə verirlər. Ümumiyyətlə bir neçə tələbəni oxutmaq valideyn üçün çox çətindir. Təkcə yataqxana və yemək deyil, digər məsələlər də var. Kirayə də yüksəkdir. Üstünə nəqliyyat xərcləri də gələndə, bu, böyük bir vəsait olur.
Bu istiqamətdə müəyyən addımlar atmalıyıq. Cüzi də olsa güzəşt oluna bilər. Son yayılan informasiyalardan görünür ki, Elm və Təhsil Nazirliyi müəyyən addımlar atmağa hazırlaşır. Hesab edirəm ki, bu addımları sürətləndirməliyik”.
Cavidan Mirzəzadə
Demokrat.az