“Uşağa qarşı zorakılıq hər bir halda həm qanun, həm də cəmiyyət baxımından ən ağır cinayətlərdən biri hesab olunur. Azərbaycan qanunvericiliyinə görə azyaşlıya qəsdən xəsarət yetirmək cinayət əməlidir və bu, valideynin belə olması məsuliyyəti aradan qaldırmır. Əgər uşağın bədəninə ciddi xəsarət yetirilibsə, bu, Cinayət Məcəlləsində sağlamlığa qəsdən zərər vurma və işgəncə maddələri ilə qiymətləndirilir”.
Bunu Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Nigar Həsənli deyib.
O deyib ki, belə hallarda valideynlər bir neçə ildən on ilədək azadlıqdan məhrum edilə bilərlər:
“Məsələ yalnız cinayət işi ilə məhdudlaşmır. Ailə Məcəlləsinə görə uşağın həyatına və sağlamlığına təhlükə yaradan, onu döyən və ya qəddar davranan valideynlər məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edilirlər. Yəni valideynin bioloji olaraq övlad sahibi olması ona bir çox hüququ vermir. Əgər valideyn övladını qorumaq əvəzinə onun həyatına təhlükə yaradırsa, dövlət uşağı ondan alır və təhlükəsiz şəraitdə böyüməsini təmin edir. Belə hallarda qəyyumluq və himayə orqanları dərhal müdaxilə edir. Uşağı dövlət müəssisəsinə və ya yaxın qohumlarının himayəsinə verirlər. Yalnız uşağın təhlükəsizliyi tam təmin olunarsa, valideynə qaytarılması mümkündür. Əks halda uşaq daimi olaraq dövlət himayəsində qalır. Uşaqlara qarşı zorakılıq törədən valideynləri həm cinayət məsuliyyəti, həm də valideynlik hüquqlarını itirmək təhlükəsi gözləyir. Bu isə onların həm azadlığından məhrum olması, həm də övladlarından birdəfəlik uzaqlaşdırılması ilə nəticələnə bilər.”
Leyla Turan
Demokrat.az