Gədəbəy rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 29-da rayonun Miskinli kəndi ərazisində baş verib.
Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Müşfiq həmin gün saat 19 radələrində həmkəndlisi Şahbaz ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı onu yumruq zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Müşfiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Müşfiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qalakənd meşəbəyliyinin 12 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləyir: “Zərərçəkmiş Şahbaz həmkəndlimdir və o da meşə gözətçisi vəzifəsində işləyir. Əvvəllər münasibətlərimiz yaxşı olub. Aramızda ədavət, düşmənçilik olmayıb. Bacım oğlu Ruslan Şahbazın meşə gözətçisi işlədiyi meşə ərazisinə tez-tez gedib-gəlib. Bunun üçün Şahbaz Ruslanın meşədən odun aparmasından şübhələnib. Buna görə bacım oğlunun ünvanına xoşagəlməz ifadələr işlədib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 29-da, saat 19 radələrində Şahbaza bacısı oğluna nalayiq ifadə işlətdiyi üçün irad tutub: “Bu zaman Şahbaz məni də söydü. Buna görə aramızda mübahisə baş verdi. Hər ikimiz bir-birimizi əllərimizlə vurduq. Bizi orada olan Güloğlan ayırdı. Sonradan əməlindən peşman oldum, Şahbazdan üzrxahlıq etdim. Onunla barışmışam”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Müşfiqə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 10 ay müddətə islah işləri cəzası edilib.
Fariz Məlikli
Demokrat.az