“Bu, həm də Rusiya üçün xəbərdarlıq xarakteri daşıyır” — AÇIQLAMA

GÜNDƏM 28 avqust 2025, 15:31
“Prezident İlham Əliyevin müsahibəsində iki əsas mesaj var. Birincisi, Azərbaycanın mülki təyyarəsinin vurulması hadisəsinə dair məyusluq və təəssüf, ikincisi isə ölkədə xarici hərbi qüvvənin olmaması faktının vurğulanmasıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu, Azərbaycanın suverenliyinin və müdafiə siyasətinin uğuru kimi qiymətləndirilə bilər:

“Azərbaycan Rusiyanın hərbi və siyasi potensialına baxmayaraq, öz hava məkanını qoruyur və xarici əsgərlərin ölkədə yerləşməsinə ehtiyac görmür. Bu, həm daxili siyasətdə, həm də beynəlxalq arenada Bakı üçün böyük diplomatik üstünlükdür. Prezidentin vurğulayıb ki, Azərbaycan ərazisində 1 rus əsgəri belə yoxdur. Bu, həm də Rusiya üçün xəbərdarlıq xarakteri daşıyır. Azərbaycan öz sərhədlərində tam suveren qərarlar qəbul edir və heç bir xarici qüvvəyə ehtiyac duymur. Mülki təyyarənin vurulması ilə bağlı məyusluğun ifadə edilməsi isə göstərir ki, Bakı diplomatik nəzakəti və hadisələrin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini qoruyur. Yəni emosional reaksiya ilə siyasi mesaj bir-birini tamamlayır. Prezidentin açıqlaması Azərbaycanın müstəqilliyi və müdafiə siyasətindəki uğurunu göstərir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top