"Paşinyan hakimiyyəti artıq anlayır ki, Ermənistanın yeganə xilas yolu Azərbaycanla sülh sazişini imzalamaqdır. Əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, o zaman Azərbaycan-Ermənistan münasibətləri normallaşmış olacaq. Eyni zamanda həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi-ticari münasibətlərin qurulması baş tutacaq. Bu da Ermənistanın blokada şəraitindən çıxması deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamaqla blokadadan çıxaraq, Rusiya asılılığından da xilas olmaq niyyəti güdür:
"Xüsusilə də son vaxtlar rəsmi İrəvanın iddialarına görə Rusiya Ermənistanda hakimiyyətin dəyişdirilməsinə yönəlik planları reallaşdırmağa çalışır.
Ona görə də Paşinyan hakimiyyəti bu istiqamətdə müəyyən addımlar atmağa meyilli olduğunu büruzə verir. Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması qarşısında əsas əngəl Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən müddəaların yer alması ilə bağlıdır. Rəsmi Bakı da sülh sazişinin imzalanmasından öncə Ermənistanda Konstitusiya dəyişikliyi olunaraq həmin maddələrin çıxarılmasını və Ermənistanın Azərbaycanla ortaq şəkildə ATƏT Minsk Qrupunun ləğvi ilə bağlı təşəbbüs irəli sürməsini iki önəmli şərt olaraq irəli sürüb".
Onun sözlərinə görə, Rəsmi Bakının bu iki önəmli şərtini mütləq yerinə yetirmək lazımdır:
"Ona görə də baş nazir Nikol Paşinyan son vaxtlar Ermənistan cəmiyyətinə mesajlar verməyə başlayıb və bu mesajlarda bildirir ki, Ermənistanın inkişafı üçün yeni konstitusiya qaçılmazdır.
Ermənistan konstitusiyasının dəyişdirilməsinə müqavimət göstərən Erməni kilsəsi və Qarabağ klanının rəhbərliyinin də həbs olunması bu məsələdə Paşinyan hakimiyyətinin daha sərbəst hərəkət etməsinə imkan yarada bilər.
Paşinyan hakimiyyəti hazırda doğru yoldadır və konstitusiyanın dəyişmək planlarını reallaşdıra bilərsə, o zaman Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanar və ardınca da Cənubi Qafqazda kənar güclərin yenidən münaqişə ocaqları yaratmaq şansları tamamilə sıfırlanmış olar. Böyük ehtimalla rəsmi İrəvan Ermənistan konstitusiyasının dəyişdirilməsində israrlı olmağa çalışacaq".
Əfsanə Kamal
Demokrat.az