İyun ayı ərzində vətəndaşların bank kartlarından ümumən 160 min manatdan çox pul kiber üsullarla oğurlanıb. Bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır. Ən yüksək məbləğdə talama iyunun 19-da qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 24 min manatdan çox pul oğurlanıb.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, qurbanların dərhal məlumat verə biləcəyi və banklar arası koordinasiyanı təmin edən vahid rəqəmsal sistem və qaynar xətt effektiv ola bilər:
“Bank kartı oğurluqları ciddi təhlükədir. Hadisələr həm vətəndaşların, həm də bankların müəyyən tədbirlər görməsini şərtləndirir. Bu halların qarşısını almaq üçün aşağıdakı əməli tədbirlər tövsiyə oluna bilər. Telefonla, e-poçtla və ya mesajla göndərilən "bank işçisiyik" tipli aldatma cəhdlərinə inanmayın.
CVV kodu, PIN kodu, SMS kodları daxil olmaqla heç bir məlumatı paylaşmayın. İki faktorlu autentifikasiya (2FA) istifadə etmək lazımdır. Mobil tətbiqləri və sistemləri daim yeniləmək lazımdır. Etibarsız keçidlərə və reklamlara klikləmək olmaz. Həmişə ünvan çubuğunda saytın "https://" ilə başladığından əmin olmaq lazımdır. İnternet alış-veriş üçün ayrı virtual kart yaradın və məhdud məbləğ təyin edin. Telefon və kompüterdə etibarlı anti-malware proqramı mütləq olmalıdır”.
Ekspert deyib ki, dələduzalara qarşı bank və dövlət səviyyəsində ciddi tədbirlər olmalıdır:
“Şübhəli əməliyyatları avtomatik tanıyıb dondurmaq üçün AI əsaslı sistemlər qurulmalıdır. Qurumlar və banklar birgə vətəndaşları maarifləndirməlidir, real misallar üzərindən "fişinq", "spoofing" kimi anklayışlar izah edilməlidir.
Qurbanların dərhal məlumat verə biləcəyi və banklar arası koordinasiyanı təmin edən vahid rəqəmsal sistem və qaynar xətt effektiv ola bilər. Kiberfırıldaqçılıqla məşğul olan şəxslərə qarşı ciddi cəzalar tətbiq edilməlidir”.
Leyla Turan
Demokrat.az