Sabit aylıq tarif əhaliyə necə təsir edəcək? — AÇIQLAMA

SOSİAL 09 iyul 2025, 14:27
Energetika sahəsində tariflərə edilən dəyişikliklər əhali arasında marağa səbəb olub. Energetika Nazirliyindən bildirilib ki, sabit aylıq tarif hər bir abonent üçün bir manatı aşmayacaq. Sabit tarif çərçivəsində ödənilən xərclərin hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində artıq ödənildiyi və bu yanaşmanın əhali üçün əlavə maliyyə yükü yaratmadığı bildirilib. 

Sabit tarif hansı dəyişiklikləri vəd edir?

İqtisadçı ekspert Ruslan Atakişiyev Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə kommunal təsisatla bağlı məsələlər birbaşa əhalinin sosial rifahına təsir edir:

"Ona görə də bu məsələlər həssaslıqla qarşılanır. İstər qaz, istərsə də enerji təchizatında olan yığımların həcmi xərclərə nəzərat etməkdə əhali üçün çətinliklər yaradır. 

Xüsusilə qış ayların bu kimi çətinliklər daha da artır, il sonunda özünü daha qabarıq şəkildə göstərir. Həmin dövrdə olan xərclər əhaliyə çətinlik yaradır, narahatlığa gətirib çıxarır. 

Sabit tariflər hesab edirəm ki, sırf hesablama baxımından əhalidə maraq doğura bilər. Sabit məbləğ sadəcə insanlara xərclərini tənzimləmək imkanı yaradacaq. İstənilən halda sosial, mövsümi nəzərə alınmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top