09 iyul 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Hacıqabul Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində açılmış “Qədim Yurd yerimiz Qərbi Azərbaycan” adlı sərgiyə baxış keçiriblər.
Müasir və qüdrətli Azərbaycanın banisi, müstəqil ölkəmizin Konstitusiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımız və suverenliyimiz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov, YAP Hacıqabul Rayon təşkilatının sədri İsmayıl İbrahimov, Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Hacıqabul Su Meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Səyavuş Məmmədov çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə əzəli Azərbaycan torpağı olan İrəvanı Ermənistana güzəştə gedib. Ona görə də bu gün haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.
Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilmədiyini, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiristanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədildiyindən geniş söhbət açıblar.
Çıxış edənlər həmçinin müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.