Bakı-Sumqayıt yolunda maşın piyadanı vurdu

HADİSƏ 09 iyul 2025, 17:54
Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub.

Demokrat.az  Apa-ya istinadən xəbər verir ki, hadisə yolun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Renault" markalı avtomobil, piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçməyə çalışan 1947-ci il təvəllüdlü Süleymanov Məhəmmədi vurub.

Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top