"Bu insanlara "dur" demək lazımdır"

ŞOU-BİZNES 09 iyul 2025, 19:50
Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib. Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib.

Demokrat.az xəbər verir ki, müğənni "Full şou"da sənət adamlarına səslənib.

O bildirib ki, bayağı mahnı ifaçılarını sənət aləmindən təmizləmək lazımdır:

"Musiqinin keşiyindəyik. Bunun korlanmağına yol verə bilmərik. Bunu kimsə demirsə və ya "üstünə getməyin, necə bilir oxusun" deyənlər musiqini təhqir edir. Sözü demək lazımdır. Bəlkə düşünür ki, deyərəm, birdən məni toya aparmaz, toyum kəsilər. Amma musiqini və onları yola verə bilmərik. Bizim musiqi ilə zarafat etmək olmaz.
 
Qoy desinlər, Gülüstan Əliyeva səsini qaldırdı, hörmətsizlik etdi. Əziz musiqiçilərimiz, bu insanlara "dur" demək lazımdır. Səhnə o qədər çirklənir, bayağılaşır. Düşünürəm, çıxışımdan onlar lazımi qədər dərs götürdü.

Mən 30 ildir opera səhnəsində baş rolları oynayıram. "Müğənniciklər", bir toyu yarım saat oxuya bilmirsiniz. Gücünüz çatmır, səsinizi qoltuğunuza vurub gəlirsiniz. Yanınızdakılar qoyur, siz də yalandan ağız açıb-yumursunuz". (axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top