Şirvan şəhərində ər-arvad arasında mübahisə yaranıb, qadın xəsarət alıb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 3-də baş verib.
Sabirabad rayon sakini, 2001-ci il təvəllüdlü Tacir həmin gün saat 16 radələrində ictimai yer hesab edilən şəhid Xəqani bulağının qarşısında arvadı Sevda (adlar şərtidir – red.) ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib.
O, mətbəx bıçağından silah qismində istifadə etməklə zərərçəkmiş şəxsin sol bel nahiyəsinə qəsdən bir dəfə vurub. Ona deşilmiş-kəsilmiş xəsarət yetirib.
Hadisəni törədən Tacirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Sevda ilə ailə həyatı qurub, əvvəllər münasibəti yaxşı olub:
“2024-cü ilin avqust ayından Sevda ilə aramızda bir neçə dəfə mübahisə oldu. Ona görə zərərçəkmiş şəxs məndən boşanmaq üçün mediasiyaya müraciət etdi. Sonuncu dəfə ötən ilin noyabrın 3-də, saat 12 arvadım mənə dedi ki, sən işləmirsən, bunun üçün atamın yaşadığı evə getmək istəyirəm. Mən isə ona iş axtardığım ı, atasının evinə getməməsini istədim.
Sözümə baxmayaraq anasına zəng vuraraq Şirvan şəhərində yerləşən evinə gəlməsini istədi. Həmin gün saat 14 radələrində qayınanam yaşadığım evə gəldi. Həmin vaxt evdə özüm, nənəm və arvadım olub. Biz birlikdə söhbət etdik. Sevdaya atasının evinə getməməsini, özümə iş tapacağımı dedim. O, mənimlə razılaşmadı, atasının yaşadığı evə gedəcəyini söylədi”.
Müttəhim deyib ki, həmin gün saat 15 radələrində Sevda əşyalarını yığaraq anası və nənəsi ilə birlikdə evdən çıxıb:
“Bundan sonra yaşadığım evin qonaq otağında olan meyvə bıçağını götürdüm və şalvarımın cibinə qoydum. Sonra özüm də binanın həyətinə düşdüm. Sevda, nənəsi və qaynanam Şirvan şəhəri, Xoyski küçəsində yerləşən avtobus dayanacağına getdilər.
Dayanacaqda Sevda və anası üç nömrəli marşrutu gözlədi. Həmin küçədə olan “Şəhid Xəqani” adlı bulağa arvadım yaxınlaşaraq əlini yumağa başladı. Yaxınlaşaraq anasını yola salmağı və onun getməməsini dedim. Sevda isə razılaşmayaraq atasının yaşadığı evə gedəcəyini dediyi zaman cibimdən bıçağı çıxardım, onun bel nahiyəsindən bir dəfə vurdum”.
Tacirin ifadəsinə görə, daha sonra Sevda qışqırmağa başlayıb:
“Mən isə sakitcə oradan piyada uzaqlaşaraq Şirvan şəhər polis şöbəsinə gəldim. Sevdanın kimin xəstəxanaya aparması barədə heç bir məlumatım olmayıb”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
Məhkəmədə məlum olub ki, müttəhim arvadı ilə barışıb, ona qarşı verilən şikayət geri götürülüb. Qadın ərini bağışlaması barədə məhkəməyə ərizə təqdim edib.
Bu səbəbdən Tacirin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az