“Azərbaycan və Ermənistan rəhbərlərinin Əbu-Dabidəki görüşündə müzakirə ediləcək kifayət qədər mövzular var".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, tərəflər sülh müqaviləsi üzrə razılıq əldə etsələr də, müqaviləni imzalamaq mümkün olmayıb:
“Bu da onunla bağlıdır ki, Azərbaycan Ermənistanın qarşısında iki tələb qoyub: Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məsələ. Bunlar öz həllini tapdıqdan sonra tam şəkildə dayanıqlı sülh müqaviləsi imzalana bilər. Əks halda, Ermənistandakı əhval-ruhiyyəni də nəzərə alsaq, imzalanacaq sənəd gələcəkdə pozula bilər.
Bundan başqa, Zəngəzur dəhlizinin açıqlaması ilə bağlı müzakirə aparılacaq. Bu, kifayət qədər mürəkkəb məsələdir. Bu görüşlə sülh müqaviləsinin imzalanması məsələsi həllini tapmasa da, irəliyə doğru ciddi addımların atılacağı düşünülür və kifayət qədər məhsuldar görüşün olacağı gözlənilir".
Cavidan Mirzəzadə
Demokrat.az