Gəncə-Moskva aviareysi təxirə salındı — YENİLƏNİB

SOSİAL 09 iyul 2025, 23:45
“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Hava Limanından Demokrat.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.

21:10

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna uçması gözlənilən aviareys təxirə salınıb.


Demokrat.az xəbər verir ki, saat 18:00-dan uçmalı olan təyyarə sabah saat 12:00-dək təxirə düşüb.

İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.

Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top