Bəzən şagirdlər imtahanda yüksək bal toplasalar da, attestat qiymətləri aşağı olur. Bəzən isə əksinə, məktəbdə yüksək qiymətlər alan bəzi şagirdlər imtahanda zəif nəticə göstərirlər. Daha obyektiv nəticə üçün hər iki göstərici birlikdə nəzərə alınmalıdır.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, imtahanda yüksək bal toplayanların attestat qiymətləri ilə nəticələri arasında ziddiyyətlərin olması bir neçə səbəbdən qaynaqlanır:
“Bir çox şagirdlər attestat qiymətlərini məktəbdə deyil, daha çox hazırlıq kurslarında və ya fərdi müəllimlərdə hazırlaşmaqla əldə edirlər. Belə olduğu halda məktəbdə davamiyyət zəif olur və nəticədə qiymətlər ya formal şəkildə yazılır, ya da aşağı göstərilir.
Bəzi hallarda müəllimlər şagirdləri qərəzli şəkildə qiymətləndirirlər. Əgər şagirdin onların dərsinə marağı və ya davamiyyəti zəifdirsə, bəzən bilərəkdən aşağı qiymət yazılır. Bəzi hallarda isə attestat qiymətləri süni şəkildə şişirdilir. Məsələn, abituriyentin imtahan nəticəsi aşağıdır, amma attestatda yüksək qiymətlər göstərilir. Bu hallarda valideynlərin nüfuzundan və ya müəyyən vasitələrdən istifadə olunması ehtimalı yaranır.
İmtahanda yüksək nəticə göstərən, amma attestat qiymətləri aşağı olan şagirdlər də olur. Bu zaman isə bəzi hallarda məktəb rəhbərliyi tərəfindən bilərəkdən qiymətlərin aşağı yazılması halları müşahidə olunur. Nəticə olaraq bu ziddiyyətlər əsasən şagirdin məktəbdəki real tədris prosesi ilə yanaşı, qiymətləndirmə meyarlarının qeyri-obyektivliyi, bəzən də sosial nüfuz və təzyiqlərlə əlaqəlidir”.
Leyla Turan
Demokrat.az