Bir qrup müəllimə əlavə ödənişlər ediləcək — ADLAR

SOSİAL 10 iyul 2025, 00:09
Azərbaycanda ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə daha bir qrup müəllim cəlb olunub.

Demokrat.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə Elm və Təhsil Nazirliyi bununla bağlı daha bir neçə müəllimlə müqavilələr bağlayıb. 

Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 15 nəfər müəyyənləşib. 

11 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

- Allahverdiyev Aydın Çingiz oğlu, Rüstəmov Sərvər Seyran oğlu, Talıblı Talıb Adil oğlu, Əhmədov Turab Bahadur oğlu, Dadaşova Fatimə Telman qızı, Nənəcanova Adilə Qəmbər qızı, Ağayeva Səidə Saqi qızı, Biriç Tatyana Gennadiyevna, Həşimova Nəzrin Qafqay qızı, İlyasov Sübhi Təvəkgül oğlu, Bəşirova Yuliana Aleksandrovna.

4 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

- İsmayılov Kamran Novruz oğlu, Zeynalov Səxavət Ağabala oğlu, Mehdiyeva Qırçın Zahid qızı, Əhmədova Sona Sovet qızı.

Qeyd edək ki, nazirlik daha əvvəl isə bir neçə gün bundan öncə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə 20 müəllim cəlb etmişdi.

Xatırladaq ki, qrif - ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top