Paytaxt yollarında dəhşətli sıxlığa səbəb olan təmir nə vaxt bitəcək? — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2025, 21:51
Binəqədi şossesində bir aydan çoxdur davam edən təmir işləri demək olar günün bütün saatlarında dəhşətli sıxlığın yaranmasına səbəb olur. Xüsusən insanların işə getdiyi və işdən qayıtdığı saatlarda ərazidə xaos yaşanır. Hər gün bu yoldan istifadə edənlər isə işlərin ləng getdiyini bildirirlər. 

Bəs bu təmir işləri nə vaxt başa çatacaq?

Demokrat.az məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin onlar təmir işlərinin nə vaxt yekunlaşacağını bilmədiklərini dedilər:

“İşlərin nə vaxt başa çatacağı ilə bağlı məlumatımız yoxdur. Sifarişçi biz deyilik”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə məsələ ilə bağlı bildirdi ki, təmir işləri bu qurumun səlahiyyətində deyil.
Məsələ nəzarətimizdə saxlanılacaq.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top