Tramp 6 ölkəyə qarşı gömrük rüsumu tətbiq etdi

DÜNYA 09 iyul 2025, 23:53
ABŞ administrasiyası İraq, Liviya və Əlcəzairdən idxal edilən mallara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz rüsum tətbiq etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında məlumat paylaşıb.

O, paylaşımına müvafiq məktubları da əlavə edib. Bildirilir ki, yeni gömrük rüsumları cari il avqustun 1-dən qüvvəyə minəcək.

Qeyd edilir k, rüsum tətbiq edilən ölkələr cavab rüsumlarının tətbiqinə qərar versələr, ABŞ bu tarif dərəcəsini artıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top