Özünü 19-cu mərtəbədən atıb SAĞ QALDI

DÜNYA 30 avqust 2025, 16:55
Ukraynın paytaxtı Kiyevdə bir kişi 19-cu mərtəbədən yıxılaraq avtomobilin üstünə düşüb. 

Demokrat.az yerli mediaya istinadla bildirir ki, hadisə Dneprovski rayonunda, Voskresenskaya küçəsində baş verib.

Dneprovski Rayon Polisindən verilən məlumata görə, kişi hündürlükdən yıxılsa da, sağ qalıb:

“Kişi yerli sakin olub, 36 yaşı var. O, 19-cu mərtəbədən tullanaraq həyətdəki avtomobilin üstünə düşüb. Hazırda o, xəstəxanaya yerləşdirilib. Diaqnoz: bağlı kəllə-beyin travması, qapalı qarın travması və döş qəfəsi travması”.

Polisdən bildirilib ki, istintaqçılar hadisənin bütün detalları üzərində işləyirlər. İlkin məlumata görə, kişi özünü binadan atıb. Onu bu qərara gətirən səbəbləri isə istintaq araşdırır.

Qeyd edək ki, zərərçəkmiş başqasına məxsus avtomobilin üstünə düşərək onu zədələyib. Ancaq məhz həmin maşın onun həyatını xilas edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 avqust 2025, 20:08
30 avqust 2025, 19:52
Top