Dağıstanda 270-dən çox adam sudan zəhərlənib

DÜNYA 09 iyul 2025, 22:40
Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda 270-dən çox insan bağırsaq infeksiyası simptomları ilə həkimə müraciət edib.

Demokrat.az xəbər verir ki, bu barədə Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov məlumat yayıb.

Onun sözlərinə görə, son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır.

Bildirilir ki, Dağıstanda rayon sakinlərinin sudan kütləvi zəhərlənməsindən sonra Məhərrəmkənd rayonunun bələdiyyə müəssisəsinin direktoru istehlakçıların təhlükəsizliyinin tələblərinə cavab verməyən xidmət göstərməkdə şübhəli bilinərək saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top