“X”in baş direktoru istefa verdi

SOSİAL MEDİA 09 iyul 2025, 22:25
“X” sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino vəzifəsindən getdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:

“İki inanılmaz ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsindən getməyə qərar verdim”.

Yakkarino həmçinin sosial şəbəkənin sahibi İlon Maska “söz azadlığını qorumaq, şirkəti dəyişdirmək və “X”i hər şey üçün tətbiq etmək məsuliyyətini ona etibar etdiyinə görə” minnətdarlığını bildirib.

Qeyd edək ki, o, istefasının səbəblərini açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top