"Azərbaycan Xəzər dənizi ilə bağlı bütün razılaşmalarda aktiv rol oynayıb. 2012-ci ildə Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin sammitində imzalanan konvensiyanın hazırlanmasında da Azərbaycan aparıcı mövqe tutub. O vaxtdan etibarən ölkəmiz Xəzərin ekoloji vəziyyəti ilə bağlı dəfələrlə təşəbbüslərlə çıxış edib".
Bunu Demokrat.az-a açıqlama siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev də Xəzər dənizinin səviyyəsinin enməsi və bu problemin həlli yolları barədə bir neçə dəfə konseptual fikirlər səsləndirib:
"Dövlət başçısı qeyd edib ki, Xəzərin səviyyəsinin azalması yalnız iqlim dəyişiklikləri ilə bağlı deyil və bu problemin aradan qaldırılması üçün Xəzəryanı dövlətlərin birgə, koordinasiyalı addımlar atması vacibdir. Xəzər dənizi həm də Orta Dəhlizin mühüm hissəsidir. Azərbaycan bu dəhlizin inkişafı, eləcə də Xəzərin dibi ilə fiberoptik xətlərin çəkilməsi və yeni nəqliyyat infrastrukturunun yaradılması istiqamətində fəal təşəbbüslər göstərir. Özbəkistanla əməkdaşlıq çərçivəsində Xəzərdə yük donanmasının formalaşdırılması da bu təşəbbüslərin bir hissəsidir".
Onun sözlərinə görə, Azərbaycan Xəzərin sülh və əməkdaşlıq zonasına çevrilməsini vacib prioritet hesab edir:
"Ölkəmiz Xəzərin hərbiləşdirilməsinə, həmçinin bölgəyə aid olmayan dövlətlərin hərbi iştirakına qarşı açıq şəkildə çıxış edir. Nəticə etibarilə, Azərbaycan Xəzər dənizini qapalı hövzə olmasına baxmayaraq, mühüm nəqliyyat, logistika və tranzit mərkəzinə çevirib. Bu da ölkəmizin geosiyasi mövqeyini gücləndirən əsas amillərdən biridir. Xəzərin imkanlarından yaradıcı və səmərəli şəkildə istifadə etmək baxımından Azərbaycan region ölkələri arasında fərqlənir və bu, dövlət siyasətinin uzaqgörən və strateji əsaslar üzərində qurulduğunu göstərir".
Əfsanə Kamal
Demokrat.az