"Lokal internet kəsintiləri adətən müəyyən bir provayderin infrastrukturunda, proqram təminatı və ya aparatla bağlı yaranır. Bu səbəbdən bəzi istifadəçilər müəyyən ləngimələr, fasilələr və məhdudiyyətlərlə üzləşir".
Bunu Demokrat.az-a açıqlamasında IT üzrə mütəxəssis Fərhad Miralıyev deyib.
O, bildirib ki, ölkə üzrə əsas provayderlərdə problem yarandıqda əhaliyə məlumat verilir:
"Məsələn, avqust ayında belə bir hal baş vermişdi. Ümumilikdə, lokal problemlər istifadəçilərlə provayder arasında bağlanmış müqaviləyə əsasən həll olunur. Əgər xidmət səviyyəsi ilə bağlı narazılıq qalarsa, abonent qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə orqanlarına və ya Antiinhisar Xidmətinə müraciət edə bilər ki, provayder keyfiyyətsiz internet xidmətini təkmilləşdirsin".
Əfsanə Kamal
Demokrat.az