Ramiz Mehdiyevin ailə üzvlərini nə gözləyir? — AÇIQLAMA

GÜNDƏM 20 oktyabr 2025, 17:21
“Ramiz Mehdiyevin ailə üzvləri onun cinayətlərinə görə cavabdeh deyil, əgər doğrudanda cinayət edibsə. Məhkəmə hökmü olmadığı üçün hələ onu cinayətkar adlandıra bilmərik”.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. 

O bildirib ki, əgər əsas olsa ki, ailə üzvlərindən kimsə o cinayətlərdə iştirak edib, onlar da ayrıca məsuliyyətə cəlb olunmalıdırlar:

“Bu zaman onları da təltiflərdən və s. məhrumedilmə gözləyir. Amma özlərinin əməlləri varsa, Mehdiyevin etdiklərinə görə yox. 

Sübut olunsa ki, onlara məxsus əmlakı onlara Ramiz Mehdiyev verib və bu əmlak cinayət yolu ilə əldə edilib, onda o əmlaklar alınacaq”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top