"Dəm qazının yaranma səbəbi, əsasən, məişət və təbii qazın düzgün şəkildə yanmaması ilə bağlıdır. Bu hal adətən otaqlarda İran sobası və ya kustar üsulla hazırlanmış qazla işləyən qızdırıcılardan istifadə edildikdə baş verir. Eyni zamanda, tüstü bacalarının vaxtında təmizlənməməsi də dəm qazının əmələ gəlməsinə səbəb olur. Halbuki, bu bacalar mövsüm başlamazdan əvvəl mütləq təmizlənməlidir".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.
O bildirib ki, vanna otaqlarında yerləşən su qızdırıcıları da oksigeni azaldaraq düzgün yanma prosesini pozur və nəticədə dəm qazı yaranır ki, bu da boğulma və ölüm riski yaradır:
"Bu cür halların qarşısını almaq üçün kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə etməkdən çəkinmək, tüstü bacalarını mütəmadi təmizləmək və su qızdırıcılarını evin içində deyil, mümkün qədər eyvanda və ya açıq havada yerləşdirmək tövsiyə olunur".
Ekspert qeyd edib ki, müvafiq dövlət nəzarət orqanları bu istiqamətdə mütəmadi yoxlamalar aparır, standartlara cavab verməyən cihazları istismardan kənarlaşdırır:
"Lakin bəzi hallarda vətəndaşlar yoxlamalardan sonra yenidən həmin nasaz və təhlükəli cihazlardan istifadə edirlər ki, bu da faciəli nəticələrə səbəb olur".
Qeyd edək ki, artıq 4 nəfər dəm qazından boğularaq həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az