“Ramiz Mehdiyevin işi bir nəfərin məsələsi deyil. İttiham aktında qeyd olunub ki, dövlət çevrilişinə cəhd məsələsi ilə bağlı araşdırma aparılır. Dövlət çevrilişi bir şəxsin həyata keçirə biləcəyi proses deyil”.
Bunu Demokrat.az-a politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, belə proseslər adətən kollektiv fəaliyyət nəticəsində olur:
“Düşünürəm ki, istintaqın apardığı araşdırmalar hərtərəfli və geniş olacaq. Belə olduğu təqdirdə ortaya xeyli sayda şəxsin adı çıxa bilər.
Zaman-zaman iddialar səsləndirilir ki, Qərblə, yaxud İranla əlaqəsi olan şəxslər dövlət qurumlarında çalışırlar. Amma bununla bağlı birmənalı rəy söyləmək doğru olmaz.
Ən azı o baxımdan ki, bu məsələlər xüsusi xidmət orqanlarının qərarları ilə idarə olunur. Hesab edirəm ki, onlar da müvafiq orqanların nəzarəti altındadır”.
Cavidan Mirzəzadə
Demokrat.az