Avtomobil problemi getdikcə artır: Heç biri ekoloji təmiz deyil

AVTO 20 oktyabr 2025, 17:40

"Atmosferə atılan zərərli maddələrin əsas mənbələrindən biri nəqliyyat vasitələridir. Bu emissiyalar, əsasən, avtomobillərin mühərriklərindən havaya yayılan karbon qazı və digər zərərli birləşmələr vasitəsilə ətraf mühiti çirkləndirir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, texnoloji vasitələr arasında ətraf mühitə ən çox zərər vuran məhz avtomobillərdir:

"Elektromobillər belə müəyyən dərəcədə çirklənməyə səbəb olur, dizel və benzinlə işləyən avtomobillərin isə istixana qazları üzərindən təsiri daha güclüdür. Yəni, “tam ekoloji təmiz” avtomobil demək olar ki, yoxdur".

Ekspert bildirib ki, bu təsirləri minimuma endirmək mümkündür:

"Əsas məqsəd oksigen və karbon qazı arasında tarazlığı qorumaq, emissiya həddini azaltmaq və yaşıllaşdırma tədbirlərini genişləndirməkdir. 

Yaşıllıqların artırılması ekoloji tarazlığın bərpasına və gələcək nəsillər üçün sağlam mühitin qorunmasına kömək edir. Əks halda, bu problemlər davam edəcək və nəticədə onların mənfi təsiri gələcək nəsillərə ötürüləcək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top