YapiKredi Müraciət Forması
Sənaye və energetika

Neft ucuzlaşmaqda davam edir: "Brent" 92 dollardan aşağı düşdü

Neft ucuzlaşmaqda davam edir: Brent 92 dollardan aşağı düşdü

Dünya bazarlarında neftin qiymətində azalma qeydə alınıb. Həm "Brent", həm də WTI markalı neftin fyuçersləri ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 94 sent (1,02%) azalaraq 91,63 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçersləri isə 1,04 dollar (1,20%) ucuzlaşaraq 85,81 dollara düşüb.

Analitiklər qiymətlərin geriləməsini ABŞ və İran arasında hərbi gərginliyin azalacağına dair gözləntilərlə əlaqələndirirlər. Bununla yanaşı, dünya bazarında neft təklifinin tələbi üstələməsi ehtimalı da qiymətlərə təsir göstərir.

JPMorgan analitiklərinin hesablamalarına görə, oktyabr ayında qlobal neft təklifi tələbi gündəlik 1,4 milyon barel üstələyib.