“Regionda çox mürəkkəb tarixi mərhələdən və təhlükəsizlik problemlərindən keçərək artıq bu prosesləri arxada qoymaqdayıq. Başladığımız yolun uğurla sonuna doğru addımlayırıq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazda və daha geniş coğrafiyada təhlükəsizliyin təmin olunması, onun uzunmüddətli davamlılığının qorunması üçün çox mühüm addımlar atıb:
“Həmçinin, vacib qərarlar qəbul edib. Hazırda bu qərarların nəticələrini görməkdəyik. Qarşıdakı mərhələ təkcə hərbi-siyasi deyil, həm də iqtisadi təhlükəsizlik mərhələsi olacaq. Bu gün formalaşan əməkdaşlıq mühiti sabahın iqtisadi təhlükəsizliyini təmin edəcək. Bu baxımdan sərhədlərin açılması mühüm və vacib şərtlərdən biri kimi ön plana çıxır.
Sərhədlərin nə vaxt açılması ilə bağlı qərarlar isə sadəcə qərar xatirinə verilmir. Bu addımlar mövcud reallıqlar, iqtisadi və siyasi faktorlar, narkotik tranziti, tibbi təhlükəsizlik kimi amillər nəzərə alınmaqla, kompleks şəkildə təhlil edilərək qəbul olunur.
Bəzi məqamlar haqqında ictimaiyyət məlumatlıdır, bəziləri isə təbii olaraq ictimaiyyətə açıq deyil. Buna görə də qərar qəbul edənlər mövcud informasiyalara əsaslanaraq daha optimal, obyektiv və əsaslı qərarlar verirlər. Quru sərhədlərin açılması vacibdir. Lakin ən doğru qərar, ən uyğun zamanda veriləcək”.
Leyla Turan
Demokrat.az