Hacıqabulda Energetiklərin günü qeyd edildi — FOTOLAR

SOSİAL 20 oktyabr 2025, 15:41
Hacıqabul rayonunda “20 oktyabr - Energetiklərin günü” peşə bayramı qeyd edilib. 

Demokrat.az
xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, “Azərişıq” ASC Şirvan RETSİ Hacıqabul Elektrik Şəbəkəsinin müdiri Əli Yusifov və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əməkdaşları “20 oktyabr - Energetiklərin günü” peşə bayramı münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Ümummilli Liderin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası inkişaf tempinə görə dünyada ön sıralardadır. Bu gün işğaldan azad olunan ərazilərimizin yüksək səviyyədə elektrik enerjisi ilə təchiz olunması məqsədi ilə qısa zaman kəsiyində energetiklərimizin gördükləri nəhəng işlər bunun parlaq nümunəsidir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində, Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etmiş, eyni zamanda ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin strateji xətti uğurla davam etdirilərək, elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün bu gün davamlı və ardıcıl islahatlar həyata keçirilir.

 








SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top