Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı çoxlu sayda həb qəbul edib

MEDİA 20 oktyabr 2025, 16:41
Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib. 

Lent.az-ın verdiyi məlumata görə, Günay Fərəcova çoxlu sayda həb qəbul edib. 

Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ilə bağlı 
xəstəxanadan açıqlama verilib.

Mərkəzdən Lent.az-a daxil olan açıqlamada deyilir ki, 43 yaşlı Günay Fərəcova oktyabrın 20-də saat 13:20-də zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı. 

O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top