"Süni intellekt jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərir"

MEDİA 15 oktyabr 2025, 14:00
"Süni intellekt jurnalistikaya əhəmiyyətli dərəcədə təsir göstərir. Biz hələ də ənənəvi formada yazılar hazırlaya bilərik, lakin bu yanaşma hər kəsə eyni təsiri göstərmir".

Demokrat.az xəbər verir ki, bunu "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda keçirilən panel sessiyasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

O qeyd edib ki, MEDİA ildə iki dəfə müsabiqə təşkil edir və bu müsabiqələrdə Qarabağın dirçəlişi prioritet mövzu kimi müəyyənləşdirilib:

"Hazırda Qarabağın dirçəlişi mövzusu mediamızın əsas istiqamətlərindən biridir. "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" adlı panelin keçirilməsi təsadüfi deyil. Qarabağ haqqında danışarkən, biz əslində, bir möcüzədən bəhs edirik. Bu, Azərbaycan xalqının tarixi arzusunun gerçəkləşməsi deməkdir. Qarabağda Azərbaycanın yeni inkişaf mərhələsinin təməli qoyulur". (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top