Şuşa şəhərində daha 45 binanın inşasına başlanılıb

QARABAĞ 15 oktyabr 2025, 15:06
Şuşanı digər şəhər və rayonlarla birləşdirən 2 yol - "Zəfər yolu" və Füzuli-Əhmədbəyli-Şuşa yolu inşa olunub. Şuşada böyük infrastruktur layihələri həyata keçirilir. Şəhər içməli su, elektrik enerjisi ilə təmin olunub.

Demokrat.az xəbər verir ki, bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda çıxış edən Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov bildirib ki, şəhərdə bütün kommunikasiya xətləri yeraltı olacaq. Diqqətə çatdırılıb ki, Şuşada 30-a yaxın abidə bərpa olunub. Bu proses davam edir. Şuşada şəhərdaxili ictimai nəqliyyat fəaliyyət göstərir. İctimai nəqliyyat elektiklə işləyən avtobuslardan ibarətdir. Həmçinin şəhərdə parkinqlər yaradılır.

"Əsas hədəflərimizdən biri keçmiş məcburi köçkünlərin geri dönməsini təmin etməkdir. Ötən il 23 binadan ibarət yaşayış kompleksi istifadəyə verilib, 380 ailə köçüb. Şəhərdə daha 45 binanın inşasına başlanılıb. Ümumilikdə, Birinci Qayıdış Proqramının sonunda şəhərdə 8 minə yaxın sakinin məskunlaşması təmin ediləcək", - deyə A.Kərimov bildirib. (AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top