“Heyvanlar arasında dabaq xəstəliyinin yayılması kənd təsərrüfatı üçün ciddi siqnaldır. Bu, təkcə heyvanların sağlamlığına deyil, bütün ət və süd istehsal zəncirinə təhlükə yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.
O əlavə edib ki, xəstəlik çox yoluxucudur və bir fermadan digərinə asanlıqla keçə bilər:
“Əgər vaxtında tədbir görülməzsə, yüzlərlə heyvan itirilə və milyonlarla manat zərər yarana bilər. Bu vəziyyət kənd təsərrüfatı məhsullarının bazarda qıtlaşmasına və qiymət artımına səbəb ola bilər. Ən böyük təhlükə odur ki, xəstə heyvanlardan alınan məhsullar insanların sağlamlığı üçün də risk daşıyır. Ona görə də dərhal genişmiqyaslı peyvəndləmə kampaniyası aparılmalıdır.
Hər bir təsərrüfatda profilaktik yoxlamalar və dezinfeksiya tədbirləri gücləndirilməlidir.
Hökumət mobil baytar qrupları yaradaraq riskli bölgələrdə operativ nəzarəti artırmalıdır. Dabaq təkcə kəndlərdə deyil, şəhər bazarlarında da ciddi problemə çevrilə bilər. Bu xəstəlik iqtisadiyyata zərbə vurmaqla yanaşı, kəndlilərin dolanışığını da təhlükə altına salır. Əgər vaxtında və sərt tədbirlər görülməsə, dabaq fermalardan başlayıb süfrələrə qədər gələn təhlükəyə çevrilə bilər”.
Leyla Turan
Demokrat.az