Qızılı indi alan uduzmaz, çünki sabah daha baha olacaq — Zərgər

GÜNDƏM 15 oktyabr 2025, 16:36
“Son vaxtlar qızılın qiyməti ona görə qalxıb ki, dünya bazarında qızıl bahalaşır. Dünyada vəziyyət bir az gərgindir, ona görə insanlar pullarını qızıl almağa yatırır”.

Bunu Demokrat.az-a açıqlamasında zərgər Araz Quliyev deyib.

O qeyd edib ki, qızıl təhlükəsiz sərmayə sayılır, gərginlik olanda hamı ora qaçır:

“Ona görə də, bizdə də qiymətlər avtomatik qalxır. Bir tərəfdən də dollar bahalaşdığı üçün qızılın dəyəri manatla daha çox görünür. Qızılı biz xaricdən alırıq, dollarla alındığı üçün məzənnə dəyişəndə qiymət bizə də təsir edir. Zavod və daşınma xərcləri də artıb. Emal və ustalıq işləri bahalaşıb, ona görə zinət əşyaları da ucuzlaşmır. İndi toy mövsümüdür, caamat çox alır, tələb çoxdur, bu da qiyməti qaldırır.Bir vaxt 5 minə satılan boyunbağı indi 7 minədir, çünki həm material bahalaşıb, həm də alış çoxalıb. Gümüş də eyni səbəbdən bir az qalxıb, çünki onu da dollarla alırlar.
Qısası, nə dünya bazarında, nə də bizdə ucuzluq gözlənilmir. Əgər bu cür getsə, qızıl ilin sonuna qədər bir az da bahalaşa bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top