İstanbulda tərsanədə PARTLAYIŞ: Ölən və yaralananlar var

DÜNYA 15 oktyabr 2025, 16:41
Türkiyənin İstanbul şəhərinin Tuzla rayonundakı tərsanədə təmir işləri aparılan gəminin mühərrik otağında partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı bir işçi ölüb, üç nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top