İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacaq

DÜNYA 15 oktyabr 2025, 10:21
İsrail hökuməti əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq bu gün Rəfah sərhəd-keçid məntəqəsini yenidən açmaq qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.

Bundan əvvəl sərhədin açılmasının gecikə biləcəyi ilə bağlı narahatlıqlar mövcud idi. Lakin qərarın dəyişdirildiyi bildirilir. Bu, HAMAS-ın çərşənbə axşamı gecəsi dörd israilli girovun cəsədini qaytarmasından və bu gün daha bir neçə cəsədin qaytarılacağına söz verməsindən sonra baş verib.

Qeyd edək ki, Rəfah keçidi Qəzzaya humanitar yardımın daxil olması üçün həyati əhəmiyyət daşıyan marşrut sayılır. Hadisələrin gedişinə uyğun olaraq vəziyyətlə bağlı əlavə məlumatların verilməsi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 11:34
Top