“Misirin Şarm əl-Şeyx şəhərində Sülh Sammiti keçirilib. Tədbirin məqsədləri Qəzza zolağında müharibəyə son qoyulmasından, Yaxın Şərqdə sülhə nail olmaq üçün səylərin gücləndirilməsindən və regional təhlükəsizlik və sabitliyin yeni dövrünün başlanmasından ibarətdir”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açılamasında bildirib.
O əlavə edib ki, Sammit ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda açıqladığı sülh planı fonunda baş tutub:
“Məlum olduğu kimi, İsrail və Həmas planın birinci fazası ilə bağlı razılığa gəliblər ki, bu plana əsasən İsrail bütün canlı girovları və qalan bütün cəsədləri İsrailə qaytaracaq, İsrail isə təxminən 2000 fələstinli məhbusu azad edəcək və qüvvələrini Qəzza zolağının mərkəzindən çıxaracaq. Tramp bununla bağlı sevincini bölüşmək üçün həmin səhər İsrailə gəlib. O, Knesset üzvləri qarşısında nitq söyləyib, daha sonra Şarm əl-Şeyxə yola düşüb. ABŞ və Misir prezidentlərinin həmsədrliyi ilə keçirilən forumda Donald Tramp və Əbdülfəttah əs-Sisinin şəxsi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox ölkənin liderləri iştirak ediblər. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın regionda artan rolunu əks etdirir və ölkəmizin yeritdiyi uğurlu və səmərəli xarici siyasətinin əyani sübutudur”.
Onun sözlərinə görə, dövlətimiz bu gün Yaxın Şərqdə sülhün bərqərar olunması çərçivəsində göstərilən səylərdə bütün tərəflər üçün etibarlı tərəfdaşa çevrilib:
“Həqiqətən də, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə nəinki beynəlxalq statusunu möhkəmləndirdi, həm də bu statusu vasitəçilik təcrübəsinin gücləndirilməsi üçün səmərəli şəkildə istifadə etməyi bacardı. Qeyd etməyə kifayət edər ki, rəsmi Bakı Suriyadakı vəziyyətlə bağlı mübahisəli məsələlərin həlli ilə bağlı Türkiyə və İsrail nümayəndələri arasında danışıqların, həmçinin İsrail və Suriya nümayəndə heyətlərinin birbaşa görüşlərinin keçirildiyi məkana çevrildi. Azərbaycan Suriyaya təbii qaz tədarükü ilə bağlı razılıq əldə etməklə də Yaxın Şərqdəki nüfuzunu gücləndirdi. Beləliklə, ABŞ və Misir liderlərinin Prezident İlham Əliyevə dəvəti həm Azərbaycanın daha da artan nüfuzunun etirafını, həm də üç dövlət başçısı arasında formalaşmış etibarlı şəxsi münasibətləri əks etdirir. Tramp bu ilin avqustunda Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olmasında əsas rol oynayıb. İndi də ABŞ Prezidenti Qəzza zolağında müharibənin dayandırılmasına yardım edir. Lakin, orada vəziyyət Cənubi Qafqazdakından bir qədər mürəkkəbdir. Dünyanın bu münaqişəli hissəsində çoxlu ziddiyyətlər qalmaqdadır ki, atəşkəs sazişinin İsrail və Həmas-ın özləri tərəfindən deyil, onların səlahiyyət verdiyi tərəflər tərəfindən imzalanmasıdır. Nə olursa olsun, sənəd imzalanıb və onun ABŞ Prezidenti tərəfindən də imzalanması razılaşmanın yüksək miqyasından və gözləntilərdən xəbər verir. Bununla belə, Qəzzada atəşkəsin nə qədər davam etməsindən asılı olmayaraq, hazırkı nəticə artıq Donald Trampın xidmətidir, çünki konkret nəticə olaraq İsrailli girovlar evlərinə qayıdıb, Qəzza artıq işğal olunmayıb və bərpa olunmaq üçün real imkan qazanıb”.
K.Bayramov xüsusilə qeyd edib ki, bu gün həm sülh sazişinin imzalanması mərasimi zamanı, həm də imzalandıqdan sonra Prezident Donald Trampın dəfələrlə Prezident İlham Əliyevə müraciət etməsi Amerika liderinin Azərbaycan rəhbərinə olan hörmət və ehtiramından xəbər verir:
“Prezident İlham Əliyevin sammit çərçivəsində bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərinin görüntüləri də ölkəmizin qlobal miqyasda durmadan artan nüfuzun daha bir təzahürüdür. Dövlətimizin başçısının bütün Yaxın Şərq regionu üçün belə əlamətdar hadisədə iştirakı Azərbaycan vətəndaşlarında öz ölkələri və onun qlobal geosiyasi səhnədə oynadığı rol ilə bağlı haqlı qürur hissi yaradır”.
Leyla Turan
Demokrat.az