“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü olacaq

SOSİAL 15 oktyabr 2025, 12:23
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Təhsil İdarəsindən Demokrat.az-a bildirilib ki, layihənin budəfəki qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsiri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbət aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top